[:az]
Agentliyin direktoruna bildiriblər ki, akkreditasiyadan imtina texniki səhvlə əlaqədar olub və bu səhv düzəldilib, Əziz Kərimov mayın 29-da UEFA Avropa Liqasının final maçını işıqlandıracaq şəxslər arasına daxil edilib.
Mayın 23-də Turan-ın verdiyi məlumata görə, UEFA Kərimovu mayın 15-də akkreditə edərək, rəsmi bildiriş göndərib. Amma mayın 18-də qurum səbəbini izah etmədən Kərimova imtina yazıb. Elə həmin gün Kərimov UEFA-ya imtinanı izah etmək xahişi ilə sorğu göndərib. UEFA hüquq-mühafizə orqanlarının və yerli hakimiyyətin Kərimovun akkreditasiyasından imtina etdiyi cavabı verib.
Turan[:]