[:az]
Halbuki Bayram Məmmədov qeyd edir ki, həbs olunarkən universitet rəhbərliyi tərəfindən istənilən vaxt müraciət edib, təhsillərini davam etdirə bilmələri barədə rəsmi kağız alınmışdı.
Bayram Məmmədov : “Bir həftə əvvəl isə bildirmişdilər ki, sentyabr ayından gəlib təhsilinizi davam etdirə bilərsiniz. Nə dəyişdi 1 həftə içində, yoxsa ”dövlət” işə qarışdı?”
Xatırlatma:
Bayram Məmmədov və Qiyas İbrahimov 9 may 2016-cı il tarixində, Məmmədovun Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazıb, çəkdikləri qraffitinin fotoşəklini facebook-da paylaşmasından sonra saxlanılıblar. Hər iki NİDA-çı oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotiklə bağlı ittihamla 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
İlham Əliyevin martın 16-da verdiyi əfv sərəncamından 1 gün sonra azadlığa çıxıblar.[:]