[:az]
Səhifələrimiz Facebook rəhbərliyi ilə əlaqə yaradıldıqdan sonra geri qaytarılıb, ancaq bütün paylaşımlar silinib, 100 mindən çox istifadəçi səhifədən uzaqlaşdırılıb. Buna görə Meydan TV istifadəçilərindən üzr istəyirik. Bunun məsuliyyətini dərk edirik, bir daha baş verməməsi üçün əlimizdən gələni edəcəyik.
Hazırda silinən postların və üzvlərin geri qaytarılması üçün Facebook rəsmiləri ilə danışıqlar davam edir.
Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, onlara müxtəlif təzyiq və təhdidlər olub. Saytımız ölkə sərhədləri daxilində rəsmi olaraq qadağan edilib. Son günlər isə saytımıza hücumlar davam edir. İndi də bunu edənlər ölkəmizdə müstəqil medianı, onun inkişafını həzm etməyənlər, Meydan TV-nin cəmiyyətdə artan nüfuzu və onun paylaşımlarının qarşısını almaq istəyənlərdir.
Meydan TV yarandığından bu yana ölkədə baş verən hadisələri, vətəndaşların problemlərini, onların şikayət və müraciətlərini düzgün şəkildə ictimailəşdirməyə çalışıb. Məqsəd də müstəqil və alternativ media qurumunu formalaşdırmaq və insanları məlumatlandırmaqdır. Biz bu işimizə davam edəcəyik.
Sizdən də xahiş edirik ki, silinən üzvlərin geri qayıtması üçün, səhifənin daha da aktivliyi üçün paylaşımlarımızı siz də dostlarınızla bölüşəsiniz. Bir daha üzr istəyir və bizi seçdiyiniz üçün təşəkkür edirik[:]